
BAKI, 8 aprel. TELEQRAF
Qərb bəşəriyyəti Üçüncü Dünya müharibəsinin astanasına gətirib.
Teleqraf xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev deyib.
“Rusiya daha çox nüvə silahı əldə edəcək. Çünki Qərb Ukraynada Rusiyaya qarşı proksi müharibəsi apararaq dünyanı Üçüncü Dünya müharibəsinin astanasına gətirib”, - Rusiya rəsmisi bildirib.