
BAKI, 24 mart. TELEQRAF
Hazırda Rusiya ordusu Zaporojye vilayətinin Stepnoqorsk istiqamətində Lobkovoye qəsəbəsinin cənub hissəsinə nəzarət edir.
Teleqraf xəbər verir ki, bunu Rusiya İctimai Palatasının komissiya sədri Vladimir Roqov bildirib.
"Rus qoşunları artıq kəndə giriblər. Hazırda qəsəbənin cənub hissəsinə nəzarət edirlər. Ağır intensiv döyüşlər gedir. Rusiya bölmələrinin irəliləməsi davam edir", - məlumatda belə deyilib.