
BAKI. 26 mart. TELEQRAF
Qəzza zolağının şimalında yüzlərlə fələstinlinin iştirakı ilə kütləvi etiraz aksiyaları keçirilib.
Teleqraf "The Guardian"a istinadən xəbər verir ki, nümayişçilər HƏMAS hərəkatının hərəkətlərindən narazı olduqlarını bildiriblər və İsraillə hərbi münaqişəyə son qoyulmasını tələb ediblər.
Aksiyada zorakılığın dayandırılması və sülhə qayıdış çağırışları da daxil olmaqla, HƏMAS-ı tənqid edən şüarlar səsləndirilib.