
BAKI. 26 mart. TELEQRAF
İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlunun həbsinə etiraz olaraq Saraçhanədə ötən gün axşam saatlarınadək aksiyalar davam etdirilib.
Aksiyada çıxış edən Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Özgür Özel növbəti mitinqin ünvanını açıqlayıb.
"Şənbə günü İstanbulda böyük bir meydanda Əkrəm İmamoğlunu dəstəkləmək üçün bir araya gəlməyə hazırmısınız? Növbəti aksiyamız Maltəpədə olacaq. Bu doğru seçimdir. Anadolu üçün yaxşı oldu. Anadolu yaxasına gedirik..." - Partiya sədri bildirib.