BAKI. 26 mart. TELEQRAF

İngiltərə Kralı Çarlz və Kraliça Kamillanın Vatikana dövlət səfəri Papanın səhhəti ilə əlaqədar təxirə salınıb.

Teleqraf xəbər verir ki, 88 yaşlı Papa pnevmoniyaya yoluxduğu üçün 1 aydan çox xəstəxanada müalicə olunub və bazar günü evə buraxılıb. Həkimlərin məsləhəti ilə Papa hələ bir müddət istirahət etməlidir.

Çarlz və Kamillanın Vatikana səfəri qeyri-müəyyən vaxta qədər təxirə salınıb.