
BAKI. 26 mart. TELEQRAF
ABŞ Amerika mallarına oxşar proteksionist tədbirləri tətbiq edən bütün ölkələrdən idxala tətbiq etdiyi tariflərə istisnalar etmək niyyətindədir.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Newsmax"a müsahibəsində danışıb.
O bildirib ki, istisanlar az sayda olacaq.
"Başqa ölkələr 45-50 ildir, hətta daha uzun müddətdir ki, bizi "soyur". Biz həmişə yumşaq və zəif olmuşuq. Vəziyyət praktiki o yerdə idi ki, bizdə nə etdikləri barədə heç bir təsəvvürü olmayan liderlər hakimiyyətdə idi", - Tramp hesab edir.
Martın 4-də ABŞ administrasiyası Kanada və Meksikadan idxal edilən demək olar ki, bütün məhsullara 25% rüsum tətbiq etdi, həmçinin Çindən gələn mallara rüsumları 10%-dən 20%-ə qaldırdı.