BAKI. 26 mart. TELEQRAF

2024-cü ildə İraqdan Azərbaycana kapital xarakterli əməliyyatlar nəzərə alınmadan fiziki şəxslərin pul köçürmələri 7 milyon 541 min dollar təşkil edib.

Teleqraf Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 2,5 dəfə azdır.

2023-cü ildə bu göstərici 19 milyon 463 min dollar olub.

2024-cü ildə Azərbaycana xarici ölkələrdən kapital xarakterli əməliyyatlar nəzərə alınmadan fiziki şəxslərin pul köçürmələri 1 milyard 82,9 milyon dollar təşkil edib.