TBİLİSİ, 26 mart. TELEQRAF

Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze bu ilin iyunun 1-dən vəzifəsindən azad olunacaq.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bununla bağlı Gürcüstanın Baş naziri İrakli Kobaxidze fərman imzalayıb.

Fərman təsdiqlənməsi üçün Gürcüstan Prezidenti Mixeil Kavelaşviliyə təqdim olunub.

Qeyd edək ki, Z.Pataradze 2018-ci ilin avqustundan Gürcüstanın Azərbaycandakı səfiridir. Ötən ilin dekabrında səfirin səlahiyyət müddəti bu ilin aprelin 1-dək uzadılmışdı.