
BAKI. 26 mart. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Türkiyəni yaxşı ölkə, prezident Rəcəb Tayyib Ərdoğanı isə yaxşı lider adlandırıb.
Teleqraf xəbər verir ki, o, bunu Ağ Evdə Amerikanın müxtəlif ölkələrin səfirliklərinə namizədləri ilə görüşü zamanı deyib.
Tramp ABŞ-nin Ankaradakı səfirliyinə namizədliyini irəli sürdüyü Tom Barakı Ağ Evdə qəbul edib. Barak digər səfirliyə namizədlərlə birlikdə mətbuata qısa açıqlama verib.
O, Trampla işləməkdən məmnun olduğunu və ona təşəkkürünü bildirib. Barak Türkiyəni “ən qədim sivilizasiyalardan biri” adlandırıb.
ABŞ prezidenti Barakın sözlərinə “Bu, yaxşı ölkədir, lideri də yaxşıdır” deyə cavab verib.