
BAKI, 26 mart. TELEQRAF
2024-cü ildə Azərbaycan Yaponiya iqtisadiyyatına 25 milyon 410 min dollar birbaşa investisiya qoyub.
Teleqraf Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 7 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycanın Yaponiya iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 0,1 faizdən 1,4 faizə qalxıb.
İl ərzində Yaponiyanın Azərbaycan iqtisadiyyatına birbaşa investisiya qoyuluşu 241 milyon 482 min dollar olub.
2024-cü ildə Azərbaycandan xaricə yönəldilmiş birbaşa investisiyalar 1 milyard 762,7 milyon dollar, ölkəyə xaricdən cəlb edilmiş birbaşa investisiyalar isə 7 milyard 46,2 milyon dollar təşkil edib.