
BAKI, 26 mart. TELEQRAF
Ermənistan parlamentinin üzvləri ikinci və yekun oxunuşda respublikanın Avropa İttifaqına (Aİ) daxil olması prosesinin başlanmasına dair qanun layihəsini qəbul ediblər.
Teleqraf TASS-a istinadla xəbər verir ki, iclas yerli televiziya kanalları ilə canlı yayımlanıb.
“Qanun layihəsinin qəbulunun lehinə 64 deputat, əleyhinə 7 deputat səs verib, qərar qəbul edilib”, - deyə parlamentin spikeri Alen Simonyan bildirib.