
BAKI. 26 mart. TELEQRAF
ABŞ Konqresdəki Demokratlar jurnalist Cefri Qoldberqin Yəmən əməliyyatı ilə bağlı məxfi çata əlavə olunandan sonra gizli məlumatların mesajlaşma proqramları vasitəsilə ötürülməsini cinayət hesab etməyi təklif ediblər.
Teleqraf xəbər verir ki, bu barədə "Axios" nəşri yazır.
Bu məqsədlər üçün mesencerlərdən istifadənin beş ilədək müddətə azadlıqdan məhrum etmə və 250 min dollara qədər cərimə ilə cəzalandırılması təklif edilir.
"Mən dövlət işçilərinin hərbi planlar kimi məxfi məlumatları qorunmayan mesajlaşma proqramında yerləşdirməsini cinayət hesab edən qanunvericilik təqdim edirəm", - konqresmen Riçi Torre deyib.