BAKI. 26 mart. TELEQRAF

Rusiya Xarici İşlər Nazirliyi Zaporojye AES-in Ukrayna və ya üçüncü dövlətlərin birgə fəaliyyətinə verilməsini qeyri-mümkün adlandırıb.

Teleqraf xəbər verir ki, bu barədə XİN-in rəsmi saytında məlumat verilib.

"Stansiyanın Rusiyanın nüvə sənayesinə qaytarılması beynəlxalq ictimaiyyətin etiraf etməli olduğu faktdır. Zaporjye AES-in və ya ona nəzarətin Ukraynaya və ya digər dövlətlərə verilməsi istisnadır", - Xarici İşlər Nazirliyi vurğulayıb.

Agentlik həmçinin stansiyanın digər ölkələrlə birgə idarə olunmasının istənilən formasını qəbuledilməz adlandırıb.