
BAKI. 25 mart. TELEQRAF
Qara dəniz sazişinin həyata keçirilməsinə dair razılaşma "Rosselxozbank"a qarşı sanksiyaların ləğvindən sonra qüvvəyə minəcək.
Teleqraf xəbər verir ki, bu barədə Kremlin Rusiya və ABŞ ekspert qruplarının görüşünün yekunlarına dair bəyanatında deyilir.
“1-ci və 2-ci bəndlər "Rosselxozbank" və qida (o cümlədən balıq məhsulları) və gübrələrin beynəlxalq ticarəti, onların SWIFT-ə qoşulması və lazımi müxbir hesabların açılması ilə bağlı əməliyyatların təmin edilməsi ilə məşğul olan digər maliyyə təşkilatlarına qarşı sanksiyaların ləğv edilməsindən və lazımi müxbir hesabların açılmasından sonra qüvvəyə minir”, - sənəddə deyilir.
Rusiya və ABŞ nümayəndə heyətləri arasında danışıqlar bir gün əvvəl baş tutub. Görüş ümumilikdə 12 saat davam edib.