
BAKI. 26 mart. TELEQRAF
İstanbulda icazəsiz aksiyalarda iştirak edən və saxlanılan 208 nəfərdən 172-si həbs olunub.
Teleqraf Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində 19-23 mart tarixləri arasında ictimai asayişi pozmqada şübhəli bilinən 208 nəfərin istintaqı tamamlanıb.
İfadələri alınan bütün şübhəlilər həbs tələbi ilə Sülh Cəza Məhkəməsinə göndərilib. Hakim aksiyalar zorakılığa yol verən, üzlərini maska ilə gizlədən və dəyənəklərdən istifadə edən 172 şübhəlinin həbsinə qərar verib, digərləri isə sərbəst buraxılıb.