
BAKI. 26 mart. TELEQRAF
Cənubi Koreyanın cənub-şərqində baş verən meşə yanğınları nəticəsində ölənlərin sayı 15-ə çatıb.
Teleqraf xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Səlahiyyətlilər yanğının ölkədə 15 min hektardan çox ərazini əhatə etdiyini bildirib. Nəticədə ölənlərin sayı 15-ə yüksəlib.
Məlumata görə, Uiseong bölgəsindəki tarixi məbəd də yanğın nəticəsində məhv olub, məbədin içindəki qiymətli əşyalar aparılıb.