
BAKI. 26 mart. TELEQRAF
Fərqli coğrafiyalarda və ya fərqli adlar altında fəaliyyət göstərən terror təşkilatı PKK və onun bütün uzantıları, harada olmasından asılı olmayaraq, dərhal və qeyd-şərtsiz silahlarını yerə qoymalıdırlar.
Teleqraf xəbər verir ki, bunu Türkiyə milli müdafiə naziri Yaşar Gülər şəhid ailələri və qazilərlə görüşdə deyib.
O, "terrordan azad Türkiyə" hədəfinə çatmaq üçün üzərinə düşən bütün öhdəlikləri yerinə yetirməyə davam edəcəyini vurğulayıb.
"Biz PKK-nın və onun uzantılarının mövcud inkişaflardan istifadə edərək yenidən qurulmasına, bu müsbət prosesi pozmağa və sabotaj etməyə imkan verməyəcəyik" - Gülər bildirib.