
BAKI. 26 mart. TELEQRAF
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz CHP sədri Özgür Özəlin boykot çağırışını "çox zərərli" adlandırıb.
Teleqraf xəbər verir ki, vitse-prezident bu barədə "Habertürk TV"nin efirində danışıb.
"Ana müxalifət lideri boykot çağırışları edir. Mən bunu, həqiqətən heyrətlə izləyirəm. Bir tərəfdən iqtisadiyyatı tənqid edirsiz, digər tərəfdən də bu ölkənin milli və yerli şirkətlərini hədəfə alırsız. Eyni siyasətçilər İsrail soyqırımı törədəndə onu boykot etmək fikrində deyildilər", - o deyib.
Yılmaz qeyd edib ki, CHP-nin bu çağırışları məsuliyyətsiz siyasətdir və bunun nəticəsində boykot olunan şirkətlərdə işləyən insanlara, Türkiyənin istehsalına, milli sərvətlərinə ziyan dəyə bilər.