
BAKI, 26 mart. TELEQRAF
"Ukraynanın ordunu maliyyələşdirmək üçün pulu yoxdur".
Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Amerikanın “Time” jurnalına müsahibəsində deyib.
Onun sözlərinə görə, Ukraynanın büdcəsi ordunun ehtiyaclarını maliyyələşdirmək üçün kifayət etmir, ona görə də Kiyev Avropanın dəstəyinə ümid edir.
"Əgər atəşkəs olsa, fasilə yaransa, ordu dözə biləcəkmi? Onların istirahətə, rotasiyaya, ehtiyata, maaşa ehtiyacı var. Məncə, bu, əsl problemdir, çünki ordu həmişə indikindən daha kiçik olub. Ordu əvvəlkindən üç dəfə çox olanda isə onu maliyyələşdirmək lazım gələcək. Ukrayna bunun öhdəsindən gələ bilməz", - deyə Zelenski söyləyib.
Onun fikrincə, Ukrayna ordusu üçün vəsaitin ayrılması üçün xüsusi proqramlar olmalıdır: "Avropa onları maliyyələşdirməlidir. İdealı olaraq isə Avropa və Amerika maliyyələşdirməlidir. Amma indiki şəraitdə mən daha çox Avropaya güvənirəm".