
BAKI. 26 mart. TELEQRAF
Yunanıstanın 25 Mart Müstəqillik Günündə Afinada keçirilən hərbi paradda yunan Dəniz Donanmasına aid dəniz piyadaları Türkiyənin ünvanına xoşagəlməz şüarlar səsləndiriblər.
Teleqraf "Hürriyet"ə istinadən xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi şüarların iki ölkənin münasibətlərini pozmağa xidmət etdiyini, qəbuledilməz olduğunu bəyan edib. Ankara məsələ ilə bağlı yunan səlahiyyətlilərindən izahat tələb edib.