TBİLİSİ, 26 mart. TELEQRAF

Gürcüstanın Sameqrelo bölgəsində narkotik cinayətləri törətməkdə təqsirli bilinən dörd nəfər xarici ölkə vətəndaşı saxlanılıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumata əsasən, həmin şəxslər Azərbaycan, Türkiyə və Rumıniya vətəndaşlarıdır.

Saxlanılanların şəxsi əşyalarına və nəqliyyat vasitələrinə baxış zamanı 54 ədəd bağlamada qablaşdırılmış xüsusilə külli miqdarda kokain və metadon maddi sübut kimi götürülüb.

Əcnəbiləri 20 il müddətinə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası gözləyir.

Faktla bağlı qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə edilməsi və saxlanması maddəsi üzrə istintaq aparılır.