.jpg)
BAKI. 25 mart. TELEQRAF
Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Olaf Şoltsun rəhbərlik etdiyi kabinetin səlahiyyət müddətinin rəsmən başa çatmasından sonra hökumət nümayəndələrinə işdən çıxarılma şəhadətnamələrini təqdim edib.
Teleqraf xəbər verir ki, mərasim Berlindəki Bellevue prezident sarayında baş tutub.
Kansler və hökumət üzvləri yeni koalisiya qurulana qədər öz vəzifələrini icra etməyə davam edəcəklər.
Tədbir zamanı Ştaynmayer COVID-19 pandemiyası, Ukraynadakı münaqişə, HƏMAS-ın İsrailə hücumu və Qəzza zolağında müharibə şəraitində gördüyü işlərə görə hökumətə təşəkkür edib.
"Siz çətin qərarlar qəbul edərək tez və qətiyyətli davranırdız", - prezident qeyd edib.
Bundestaq seçkilərindən sonra Ştaynmayer deputatların yeni çağırışını konstruktiv dialoqa çağırıb.
"Bizim fikir ayrılıqlarımıza baxmayaraq, demokratlar olaraq kompromislərə açıq qalmalıyıq və bir-birimizə hörmətlə yanaşmalıyıq", - Almaniya lideri deyib.
Almaniyada keçirilən son parlament seçkilərində Fridrix Merzin Xristian Demokrat və Xristian Sosial Birliklərinin (CDU/CSU) mühafizəkar bloku qalib gəlib. Hazırda onlar hakim koalisiya formalaşdırmalıdırlar.