
BAKI. 26 mart. TELEQRAF
ABŞ-nin milli təhlükəsizlik müşaviri Mayk Vals etiraf edib ki, "Atlantic"in baş redaktoru Cefri Qoldberqi ABŞ administrasiyasının üzvlərinin Yəməndəki zərbələri müzakirə etdiyi otağa o dəvət edib.
Teleqraf xəbər verir ki, o, bu barədə "Fox News" açıqlama verib.
"Bilirsiniz, söhbət hər hansı bir şəxslə bağlı deyil. Mən tam məsuliyyəti öz üzərimə götürürəm. Mən bu qrupu yaratmışdım", - o deyib.
Qeyd edək ki, bazar ertəsi Qoldberq ABŞ administrasiyasının üzvlərinin Yəməndəki zərbələri müzakirə etdiyi "Siqnal" otağlna səhvən dəvət edildiyini iddia edən bir məqalə dərc edib.