
BAKI. 26 mart. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski siyasi mövqeyinin təhlükədə olduğunu bilir.
Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov Birinci Kanala müsahibəsində deyib.
Onun sözlərinə görə, Zelenskinin əvvəllər fəal şəkildə inkişaf etdirdiyi “parlaq obrazı” ukraynalıların əksəriyyəti üçün cəlbediciliyini itirib.
"Zelenski zəifliyini göstərmək istəmir. O, başa düşür ki, günləri bitib, onun "parlaq imici" çoxdan sönüb, əhalinin radikal, ultrasağ, revanşist, Bandera fikirlərini əks etdirən hissəsi istisna olmaqla, heç kəs onu dəstəkləmir", - nazir qeyd edib.