.jpg)
BAKI. 26 mart. TELEQRAF
Rusiya və ABŞ nümayəndə heyətləri arasında Ər-Riyadda keçirilən Ukrayna üzrə danışıqlarda böyük irəliləyiş əldə olunub.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
"Biz hər iki cəbhədə - Rusiya, Ukrayna və Yaxın Şərqdə böyük irəliləyiş əldə etmişik. Müzakirələr dərindir və yaxşı inkişaf edir" - Tramp vurğulayıb.
O, yekun nəticələrin hələ bəlli olmadığını, lakin hazırkı müzakirələrin ümidverici olduğunu əlavə edib.