BAKI. 26 mart. TELEQRAF

Vaşinqtonda Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə ABŞ dövlət katibi Marko Rubio arasındakı görüş başa çatıb.

Teleqraf xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Bildirilir ki, görüşdə Azərbaycan və Ermənistan arasında sülh prosesi müzakirə olunub.

Tərəflər müdafiə sənayesi sahəsində əməkdaşlığa maneələrin aradan qaldırılması üçün siyasi iradənin nümayiş etdirilməsinin və görüşlərin keçirilməsinin vacibliyini qeyd ediblər.

Görüşdə Suriyada sabitliyin təmin edilməsi və terrorla mübarizədə qətiyyət ifadə edilib.

Qəzzada daimi atəşkəsin yaradılmasının vacibliyi görüşdə qeyd olunub.

Hakan Fidan Rusiya və Ukrayna arasında atəşkəsə nail olmaq üçün ABŞ-nin səylərinin dəstəkləndiyini bildirib

***

25.03.2025 23:48

ABŞ-də səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə amerikalı həmkarı Marko Rubio arasında görüş başlayıb.

Teleqraf Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, nazirlər görüşdən əvvəl kameralar qarşısında əl sıxıblar.

Diplomatik mənbələrdən alınan məlumata görə, danışıqlarda Türkiyə-ABŞ ikitərəfli münasibətlərində atıla biləcək strateji addımların və dövlət başçılarının gələcəkdə qarşılıqlı səfərlərinə hazırlıqların müzakirə ediləcəyi nəzərdə tutulur. Görüş zamanı həmçinin Ukrayna, Fələstin, Suriya və digər məsələlərin müzakirəsi planlaşdırılıb.

Qeyd edək ki, bu, Hakan Fidanın Tramp administrasiyası dövründə ABŞ-a ilk səfəridir.