BAKI, 26 mart. TELEQRAF

Bayram günlərində - martın 18-dən 26-a qədər qida zəhərlənməsi şübhəsi ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə 22 nəfər qəbul edilib.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, onlarda ürəkbulanma, qusma və mədə şikayətləri olub. Müraciət edən şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Ölüm halı qeydə alınmayıb.