
BAKI. 25 mart. TELEQRAF
İstanbulda icazəsiz nümayişlər zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və onun ailə üzvlərinin ünvanına təhqiramiz şüarlar səsləndirən, bunu sosial şəbəkədə paylaşan B.G.Y adlı şübhəli ilə bağlı İstanbul Baş Prokurorluğu tərəfindən istintaq başladılıb.
Teleqraf Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, İstanbul Polis İdarəsi tərəfindən saxlanılan şəxs polis bölməsində ifadəsi alındıqdan sonra sonra ədliyyəyə göndərilib.
Məhkəmənin qərarı ilə şübhəli “Prezidenti təhqir etmək” maddəsi ilə həbs edilərək təcridxanaya göndərilib.
Qeyd edək ki, İstanbulun Saraçhane rayonunda icazəsiz aksiya zamanı bir qrup şəxs Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı, mərhum anasını və ailəsini təhqir edib. Polis artıq 44 nəfəri saxlayıb, digər şübhəlilərin də yaxalanması üçün axtarışlar davam etdirilir.