BAKI. 26 mart. TELEQRAF

Şahzadə Harri öz xeyriyyə təşkilatı olan "Sentebale"ni qalmaqalla tərk edib.

Teleqraf xəbər verir ki, bu barədə "The Guardian" yazır.

Harrinin sözlərinə görə, o, təşkilatı “şok içində” və acı daxili proseslərin fonunda qəlbi qırılaraq tərk edib. Təşkilatın həmtəsisçisi Lesoto şahzadəsi Sisi də təşkilatı tərk edib.

Adının mənası "məni unutma" mənasını verən "Sentebale" Fondu 2006-cı ildə şahzadələr tərəfindən Lesoto və Botsvanada yoxsulluq, QİÇS və HİV-dən əziyyət çəkən insanlara kömək etmək üçün yaradılıb. Şahzadə Harri fondun sədri Dr Sofi Çandauka ilə mübahisəyə görə qəyyumların kütləvi istefasından sonra fondu tərk edib. Menecerin narazılığına səbəb onun fondun səylərinin böyük hissəsini Afrika ölkələrinə yardıma yönəltmək qərarı olub.