BAKI, 20 mart. TELEQRAF

"ABŞ Təhsil Departamenti vergi ödəyicilərinin pullarını oğurlayır".

Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levit "Fox News" telekanalında müsahibəsində danışıb.

“Təhsil Nazirliyi bir uşağa da dərs deməyib. Onlar təhsilə zərər verməklə vergi ödəyicilərinin pulunu oğurlayıb" - Levit deyib .

Levit qeyd edib ki, 1979-cu ildən federal agentliyin fəaliyyətinə üç trilyon dollardan çox vəsait xərclənib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp ABŞ Təhsil Departamentini ləğv etmək niyyətindədir.