BAKI, 21 mart. TELEQRAF

İranın nüvə proqramı ilə bağlı problem yalnız sülh yolu ilə həll edilməlidir.

Teleqraf xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

"Biz əminik ki, İranın nüvə proqramı ilə bağlı məsələ yalnız sülh yolu ilə, siyasi-diplomatik vasitələrlə həll edilməlidir və bunun üçün bütün imkanlar mövcuddur. Bunun üçün yalnız siyasi iradə lazımdır", - Kremlin nümayəndəsi vurğulayıb.