
BAKI, 21 mart. TELEQRAF
Martın 19-da barəsində açılmış iki ayrı istintaq səbəbilə saxlanılan İstanbul şəhərinin bələdiyyə sədri Əkrəm İmamoğlunun dindirilməsinə başlanılıb.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Xatırladaq ki, martın 19-da İstanbul bələdiyyəsinin 100-dən çox əməkdaşına qarşı terror təşkilatına yardım və korrupsiya ittihamları ilə İstanbul Baş Prokurorluğu tərəfindən istintaq başladılıb.
Saxlanılanlar arasında bələdiyyə sədri Əkrəm İmamoğlu da var.