BAKI, 21 mart. TELEQRAF

Ukrayna Silahlı Qüvvələri növbəti dəfə Belqorod vilayətinə hücuma cəhd edib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, sözügedən bölgə iki PUA hücumuna məruz qalıb.

Hər iki pilotsuz təyyarənin hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğu açıqlanıb.

Hadisənin digər təfərrüatları barədə məlumat verilməyib.