BAKI, 21 mart. TELEQRAF

Terror təşkilatına yardım və korrupsiya ittihamları ilə saxlanılan İstanbul şəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun təcridxanadakı durumu ilə bağlı məlumatlar məhduddur.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin “Haber7” portalı yazır.

“Nəzarətdə 48 saatını tamamlayan Əkrəm İmamoğlunun saxlanılma şəraiti ilə bağlı məhdud məlumat əldə edilib. Məlumata görə, həm Maliyyə Cinayətləri İdarəsi, həm də Terrorla Mübarizə İdarəsinin apardığı istintaq çərçivəsində nəzarətdə olan İmamoğlu hazırda Maliyyə Cinayətləri İdarəsində saxlanılır. Dindirilmə növbəsi çatanda Terrorla Mübarizə İdarəsindən bir qrupun onun ifadəsini alacağı gözlənilir.

Digər yandan, təcridxanada tək qalan Əkrəm İmamoğlu yeməklərini polis idarəsinin menyusundan yeyir. Polis idarəsindəki prosedurlar tamamlandıqdan sonra İmamoğlunun bazar günü məhkəməyə aparacağı gözlənilir”, - məlumatda deyilir.