
BAKI, 21 mart. TELEQRAF
Kremlin mətbuat katibi Dmitri Peskov Avropanın militarizasiyasının təhlükəli tendensiya olduğunu bildirib.
Teleqraf xəbər verir ki, Peskov bu fikirləri bu gün keçirdiyi brifinqdə səsləndirib.
"Bu tendensiya nə gərginliyin azaldılmasına, nə də qarşılıqlı etimad mühitinin bərpasına töhfə verir", - Peskov vurğulayıb.
Mətbuat katibi həmçinin qeyd edib ki, Avropanın silahlanması onun təhlükəsizliyini artırmır.
Xatırladaq ki, Avropa Komissiyası (AK) martın 19-da 2030-cu ilədək Aİ-nin hərbiləşdirilməsi strategiyasını - müdafiə üzrə Ağ Kitabı təqdim edib.
Sənəddə Ukraynanın silahlandırılmasına dair uzunmüddətli plan da yer alıb.
Bu müdafiə paketi Aİ ölkələrinə silah istehsalına və hərbi imkanların genişləndirilməsinə əhəmiyyətli dərəcədə investisiya yatırmaq üçün maliyyə alətləri təqdim edəcək.