BAKI, 21 mart. TELEQRAF

2025-ci il martın 1-dək Yunanıstan–Bolqarıstan qaz interkonnektoru vasitəsilə nəql olunan qazın həcmi 33 008 796,79 MVt/saat təşkil edib.

Teleqraf xəbər verir ki, interkonnektor Bolqarıstanın daxili təbii qaz istehlakının təxminən 70 faizini əhatə edir və Moldova və Ukrayna kimi əsas bazarlara etibarlı tədarük marşrutunu təmin edir.

Qeyd edək ki, interkonnektor 25 mart 2022-ci ildə boru kəməri Trans Adriatik Boru Xəttinə qoşulub. Tikintisi 2022-ci ilin iyulunda başa çatıb. 2022-ci ilin iyununda Azərbaycan qazının boru xəttinə vurulması prosesinə başlanılıb.