BAKI, 21 mart. TELEQRAF

Sudanda Prezident Sarayına dron hücumu nəticəsində üç jurnalist həlak olub.

Teleqraf xəbər verir ki, bu barədə Al Hadath telekanalı məlumat yayıb.

Qeyd olunub ki, hücum Çevik Cavab Qüvvələrinə (RSF) məxsus dron vasitəsilə həyata keçirilib.

Xatırladaq ki, Sudan ordusu Xartumun mərkəzində yerləşən Prezident Sarayına və eyni rayonda olan bir neçə nazirlik binasına nəzarəti bərpa etdiyini elan edib.