BAKI, 21 mart. TELEQRAF

Ermənistan və Rusiya İrəvanda rus telekanallarının yayımı ilə bağlı yeni sazişin imzalanması imkanını müzakirə edəcək.

Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Ermənistan yüksək texnologiyalar sənayesi naziri Mxitar Ayrapetyan bildirib ki, təkliflərdən biri Ermənistan İctimai Televiziyasının Rusiya ictimai multipleksində yayımlanmasıdır.

Xatırladaq ki, daha əvvəl Ayrapetyan bəyan etmişdi ki, Moskva və İrəvan bu məsələdə razılığa gəlməsələr, Ermənistan yayım müqaviləsini ləğv edə bilər.

Ermənistanın müvafiq orqanı artıq “Vladimir Solovyovla bazar axşamı” və “Vladimir Solovyovla axşam” müəllif proqramlarının yayımını qadağan edib.