BAKI, 21 mart. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin Prezident İlham Əliyevi təbrik edib.

Teleqraf xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumatı yayıb.

Təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Novruz - bahar bayramı münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Rusiya-Azərbaycan münasibətləri tərəfdaşlıq və müttəfiqlik ruhunda uğurla inkişaf edir. Əminəm ki, biz birgə səylərlə gələcəkdə də dost xalqlarımızın rifahı naminə, Cənubi Qafqazda və Xəzərdə təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi maraqlarına uyğun olaraq qarşılıqlı faydalı ikitərəfli əlaqələri fəal şəkildə gücləndirəcəyik.

Hörmətli İlham Heydər oğlu, bu əziz bayram günündə Sizə ürəkdən möhkəm cansağlığı və uğurlar, Azərbaycanın bütün vətəndaşlarına isə xoşbəxtlik və tərəqqi arzulayıram".

***

11:41

Rusiya Prezidenti Vladimir Putin MDB ölkələrindən olan həmkarlarını Novruz bayramı münasibətilə təbrik edib.

Teleqraf xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Rusiya lideri Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emomali Rəhmon, Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi təbrik edib.

"Vladimir Putin liderlərə təbrikində ikitərəfli strateji tərəfdaşlıq münasibətlərinin dost xalqlarımızın rifahı naminə bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduğunu bildirib", - məlumatda deyilir.

Qeyd edək ki, Rusiya dövlət başçısı, həmçinin İranın ali lideri Ayətullah Əli Xameneyi və Prezident Pezeşkiana da Novruz təbriki göndərib.