BAKI, 21 mart. TELEQRAF

Türkiyənin paytaxtı Ankara şəhərində 5 gün müddətində toplaşmaq və aksiya keçirmək qadağan edilib.

Teleqraf xəbər verir ki, bu barədə şəhər valiliyi məlumat yayıb.

“İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində tədbirlərə etiraz olaraq, sosial şəbəkələr və bu kimi platformalarda yayımlanan təxribat xarakterli yazılardan və əldə edilən digər məlumatlardan aydın olur ki, ictimaiyyəti təhrik edərək qanunsuz toplanış və nümayişlər, eləcə də zorakılıq xarakterli hərəkətlər həyata keçiriləcək”, - valilik qeyd edir.

Açıqlamada bildirilir ki, ictimai asayiş və təhlükəsizliyin nümayişlərin qorunması məqsədilə martın 21-dən 25-dək qapalı və açıq toplantılar, nümayiş yürüşləri, mətbuata açıqlamalar, çadırların qurulması, stendlərin açılması, oturaq etiraz aksiyaları, imza kampaniyaları və bu kimi aksiya və tədbirlər, vərəqələrin paylanması və pankartların/plakatların asılması qadağan olunub.

İstanbul valiliyi də açıqlama verərək, eyni qadağaların gələn həftəyədək bu şəhərdə də tətbiq olunduğunu bəyan edib.

Xatırladaq ki, bundan əvvəl İzmirdə 5 gün müddətində toplaşmaq və aksiyalar keçirmək qadağan edilmişdi.