
BAKI, 21 mart. TELEQRAF
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə və piyadalara müraciət edib.
İdarədən Teleqraf-a verilən məlumata görə, sürücünün nəzərdə tutulmuyan yerdə sərnişini endirməsi, eləcədə avtomobilin sürətli şəkildə idarə olunması sonda qəzaya səbəb olub:
"Ölkədə qeydə alınan yol qəzalarına təkcə sürücülərin yox, piyadaların da diqqətsizliyi səbəb olur. Bəzən yaxınlıqdakı keçidlərdən istifadə etməyən, işıqforu gözləməyən piyadalar avtomobillərin sürətlə hərəkət etdiyi yola çıxırlar. Bu diqqətsizlik ya onların ölümü, ya da bir neçə avtomobilin toqquşması ilə nəticələnir.
Yolu keçməyin onlar üçün tam təhlükəsiz olacağını əmin olduqdan sonra hərəkətə keçməlidir. Piyada hər zaman düşünməlidir ki, yaxınlaşan avtomobilin sahibi yol hərəkəti qaydalarına əməl etməyə bilər. Yəni piyada öz təhlükəsizliyini təmin etməlidir. Sutkanın qaranlıq vaxtında da piyada nəqliyyat vasitələrinin məsafəsini, sürətini qiymətləndirməlidir" - deyə idarədən bildirilib.