BAKI, 21 mart. TELEQRAF

ABŞ-nin investisiya nəhəngi "Apollo Funds" Azərbaycandan Türkiyə ərazisinə qədər uzanan Trans-Anadolu Qaz Boru Kəmərində tərəfdaşlığını genişləndirmək üçün BP-nin törəmə şirkəti BP Pipelines-in 25% qeyri-nəzarət payını 1 milyard ABŞ dollarına satın alıb.

Teleqraf xəbər verir ki, bu barədə bp-nin bəyanatında qeyd edilir.

Bildirilir ki, bp Trans-Anadolu təbii qaz kəmərində 12% paya malikdir və boru kəməri birgə müəssisəsinin nəzarət səhmdarı olaraq qalacaq.

O da qeyd edilib ki, satınalma müqaviləsi üzrə prosedurlar bu ilin ikinci rübündə başa çatdırılacaq. Əldə olunacaq gəlir BP-nin 20 milyard dollarlıq investisiya proqramına yönəldiləcək.