
BAKI, 21 mart. TELEQRAF
Azərbaycan milli komandası ilə yoldaşlıq görüşü keçirəcək Belarus yığması Bakıya gəlib.
Teleqraf Belarus Futbol Federasiyaları Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, qonaq komandanı səhər saatlarında Heydər Əliyev Beynəlxalq Hava Limanına Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarə gətirib.
Belarus son olaraq, yoldaşlıq görüşündə Tacikistanı səfərdə 5:0 hesabı ilə yenib. Karlos Alosun baş məşqçi olduğu kollektiv səhər saatlarında Düşənbədən Bakıya uçub.
Qeyd edək ki, martın 25-də "Bank Respublika Arena"da keçiriləcək Azərbaycan - Belarus matçı saat 21:45-də başlanacaq.