
BAKI, 20 mart. TELEQRAF
Suriyanın yeni rəhbəri Əhməd əl-Şaraa Dəməşqə yenidən səfər edən Almaniyanın xarici işlər naziri Annalena Berbokun əlini yenə sıxmayıb.
Teleqraf xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb .
Telekanalın məlumatına görə, Xristian Demokrat İttifaqından (CDU) Bundestaqın üzvü Armin Laşet Berbok ilə birlikdə Suriyaya səfər edib. Suriyanın yeni rəhbəri görüş zamanı onun əlini sıxmayıb. Həmin gün əl-Şaraa Fransanın xarici işlər naziri Jan-Noel Barrotunu əl sıxaraq salamlayıb.
Suriyanın yeni administrasiyasının nümayəndələri ilk dəfə yanvarın əvvəlində Berbokun əlini sıxmaqdan imtina ediblər. Yayılan görüntülərdə nazirin ilk olaraq hökumət təyyarəsindən enərək nümayəndə heyətinə tərəf getdiyi görünür. Suriyalı siyasətçilər də öz növbəsində əllərini ürəklərinin üstünə qoyaraq xanım nazirə ehtiramlarını ifadə ediblər.