
BAKI, 20 mart. TELEQRAF
İstanbul Böyükşəhər Bələdiyyə sədri vəzifəsini icra edəcək şəxs müəyyən olub.
Teleqraf xəbər verir ki, bu vəzifəyə İstanbul Böyükşəhər Bələdiyyəsinin CHP-li üzvü Nuri Aslan təyin edilib.
Xatırladaq ki, Türkiyənin hüquq-mühafizə orqanları dünən İstanbul bələdiyyəsində əməliyyat keçirib. Əməliyyat çərçivəsində İstanbulun bələdiyyə sədri Əkrəm İmamoğlu və bələdiyyənin 100 əməkdaşı saxlanılıb. Onlar terror təşkilatına yardım və rüşvətxorluqda ittiham edilir.