BAKI, 20 mart. TELEQRAF

Vaşinqton Qara dəniz təşəbbüsü ilə bağlı Moskva ilə danışıqlar aparacaq komandanı artıq formalaşdırıb.

Teleqraf TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib .

“ABŞ komandanı formalaşıb, lakin onun üzvlərinin adlarının amerikalıların özləri tərəfindən açıqlanması daha məntiqli olardı”, Uşakov bildirib.

Martın 18-də Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla telefon danışığı aparıb . Söhbət zamanı dövlət başçısı Vaşinqtonun Moskva və Kiyevin 30 gün ərzində enerji infrastrukturu obyektlərinə qarşılıqlı hücumlardan çəkinməsi təklifi ilə razılaşıb. Bundan əlavə, Putin Qara dənizdə gəmiçilik təhlükəsizliyinin təmin edilməsi təşəbbüsünün həyata keçirilməsi ilə bağlı danışıqlara başlamağa hazır olduğunu bildirib.