
BAKI, 12 mart. TELEQRAF
Kursk vilayətində Ukrayna ordusu ilə döyüşlərdə Rusiya silahlı qüvvələri qalib gəlir və tam qələbəyə yaxındır.
Teleqraf xəbər verir ki, bunu polşalı general Boquslav Patsek deyib.
“Ukrayna çox çətin vəziyyətdədir. Xüsusilə Kursk vilayətində ruslar tam qələbəyə yaxındırlar. Ruslar Ukraynanın çətin durumda olduğunu bilirlər, onu da bilirlər ki, müharibənin bu mərhələsində onlar qalib gəlirlər”, - general qeyd edib.
Patsekin fikrincə, Rusiya ordusu həm də ABŞ Prezidenti Donald Trampın Ukrayna ilə bağlı yaratdığı xaosdan razıdır.
Xatırladaq ki, general Boquslav Patsek Polşa Hərbi Jandarmının komandanı vəzifəsində çalışıb, Silahlı Qüvvələr Baş Qərargahın rəis müşaviri olub.