
BAKI, 12 mart. TELEQRAF
Ermənistan vətəndaşlarının əksəriyyəti konstitusiya dəyişikliyinin əleyhinədir.
Teleqraf xəbər verir ki, bu barədə erməni sosioloq Aram Navasardyan məlumat verib.
O qeyd edib ki, respondentlərin 18,4 faizi konstitusiyanın bəzi müddəalarının dəyişdirilməli olduğunu, 7,5 faizi isə tamamilə yeni konstitusiyaya ehtiyac olduğunu bildirib.
“Ümumilikdə, respondentlərin 59,6 faizi konstitusiyanın dəyişməz qalmalı olduğunu deyib, 14,5 faiz cavab verməkdə çətinlik çəkib”, - Navasardyan qeyd edib.
Telefon sorğusu fevralın 27-dən martın 6-dək 1100 respondent arasında keçirilib.
Xatırladaq ki, Ermənistanda konstitusiya dəyişikliyinə dair referendumun 2027-ci ildə keçiriləcəyi bildirilib. Dəyişikliklə Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını ehtiva edən müddəaların Ermənistan konstitusiyasından çıxarılacağı gözlənilir.