BAKI, 12 mart. TELEQRAF

Məşhur amerikalı aktyor Maykl Duqlas Prezident Donald Trampın Rusiya siyasətini tənqid edib.

Teleqraf xəbər verir ki, aktyor rusların illərdir Amerikanı məhv etməyə çalışdıqlarını bildirib.

“Özümü ayı kimi hiss edirəm. Sanki qış yuxusunda idim, sonra ayıldım və yeni bir dünya gördüm. İnana bilmirəm, yəni biz ruslarla müttəfiqik? Düşünürdüm ki, son 75 ildə onlar bizi məhv etməyə çalışırlar”, - Duqlas vurğulayıb.