BAKI, 12 mart. TELEQRAF

Azərbaycanda ilk dəfə roller futbolu üzrə yoldaşlıq görüşü keçirilib.

Teleqraf xəbər verir ki, martın 2-də "Roller Klubu" tərəfindən keçirilən qarşılaşma Hövsan Olimpiya İdman Kompleksində baş tutub.

5 mart Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş oyundan sonra iştirakçılara sertifikatlar təqdim olunub.

Qeyd edək ki, 2024-cü ilin 22-26 noyabrında roller futbolu üzrə Azərbaycan milli komandası Türkiyənin Trabzon şəhərində keçirilən 15-ci Dünya Kubokunda iştirak edib. Yığma mundialı 24 ölkə arasında 14-cü pillədə bitirib.